May 05, 2024 11:43 Asia/Baku
  • Senatorlar xunta rejimini müdafiə edirlər

ABŞ senatorları İsrail rejiminin başçılarının həbsinə mane olmaq üçün BCM prokurorlarına təzyiq edirlər.

Bu məlumata əsasən, ABŞ Konqresi Netanyahu və onun həmkarlarına qarşı həbs orderlərinin verilə biləcəyindən narahatdır.

“Axios” portalı bildiriir ki, bir qrup Pespublikaçı və Demokrat senator Beynəlxalq Cinayət Məhkəməsinin nümayəndələri ilə bu barədə danışıblar.

Nəşr görüşün məxfi olduğunu deyərək senatorların və ya BCM rəsmilərinin kimliyini açıqlamayıb.

Qeyd edək ki, son iki həftədə İsrail rəsmiləri BCM-nin baş nazir Benyamin Netanyahu, hərb naziri Yoav Qallant və İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi üçün həbs orderləri verməyə hazırlaşmasından getdikcə daha çox narahat olublar. Eyni narahatlıq Vaşinqtonda da hiss olunmaqdadır.

Respublikaçı deputatlar İsrail liderlərinin həbsinə order veriləcəyi təqdirdə BCM-yə qarşı qanun qəbul edəcəkləri ilə hədələyiblər.

İsrail rəsmiləri bildiriblər ki, mümkün həbs orderləri ilə bağlı “son dərəcə əsəbi” olan Netanyahu son günlər bir neçə Respublikaçı və Demokrat senatorla danışıb və onlardan BCM prokuroruna orderləri verməməsi üçün təzyiq etməyi xahiş edib.

Bir müddət əvvəl Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Ərəb Dövlətləri üzrə regional bürosunun rəhbəri Abdullah əd-Dərdari bildirib ki, Qəzzə zolağında əmələ gəlmiş dağıntılar İkinci Dünya Müharibəsinin dağıntıları ilə müqayisə oluna bilər.