May 07, 2024 16:27 Asia/Baku

Bu gün Kremldə andiçmə mərasimi keçirilib, Vladimir Putin and içib və rəsmi olaraq Rusiya prezidenti oldu.

Vladimir Putin, növbəti altı il, 2030-cu ilə qədər Rusiya prezidenti kimi and içib.

2000-ci ildən etibarən təntənəli andiçşmə mərasimləri Böyük Kreml Sarayının Andreevski, Aleksandrovski və Georgiyevski dövlət salonlarında keçirilir.

Burada senatorlar, Dövlət Dumasının deputatları, Konstitusiya Məhkəməsinin hakimləri, qubernatorlar, hökumət üzvləri, ənənəvi konfessiyaların nümayəndələri, xarici ölkələrin səfirləri və digər qonaqlar iştirak edirlər.

Qeyd edək ki, mərasimdə Avropa İttifaqına üzv ölkələri Fransa da daxil olmaqla 8 ölkənin səfirləri təmsil edir.

Putin Senatdan Böyük Kreml Sarayına Rusiya istehsalı olan Aurus limuzin elektromobili ilə gedib. Yolda prezident limuzinini yeni elektriklə işləyən Aurus motosikletləri müşayiət edirdi.

Mart ayında Rusiya Federasiyasında prezident seçkiləri keçirilib və bu seçkilərdə hazırkı dövlət başçısı Vladimir Putin 87,28 faiz səslə qalib gəlib. 87,6 milyon seçicidən 76,28 milyonu ona səs verib. Seçkilərdə seçicilərin 77,5 faizi iştirak edib.