May 08, 2024 12:11 Asia/Baku
  • Kreml Britaniyanı təhdid etdi

Zaxarova: Rusiya Britaniyanın hərbi obyektlərini vura bilər

Kiyevin Britaniya silahları ilə Rusiya ərazisinə zərbələr endirməsi ilə bağlı Londonun təhdidləri cavabsız qalmayacaq.

Bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, əgər belə bir ssenari reallaşarsa, o zaman Rusiya Federasiyası buna uyğun cavab vermək, yəni həm Ukrayna ərazisində, həm də onun hüdudlarından kənarda yerləşən Britaniya obyektlərini - hərbi obyektləri, silahları və s. hədəf almaq hüququnu özündə saxlayır.

Zaxarova Britaniyanın xarici işlər naziri Deyvid Kemeronun Kiyevin Britaniya silahlarından Rusiya ərazisinə zərbələr endirmək üçün istifadə etməsini Londonun qanuni hesab etdiyi ilə bağlı sözlərini xatırlayıb və bunu “tamamilə ağılsızlıq” adlandırıb.

 

Teqlər