Oksford Universiteti tələbələrinin sionist rejim əleyhinə piketi davam edir
Oksford Universitetinin tələbələri İsrail rejiminin tabeliyində olan müəssisə və şirkətlərlə bütün əlaqələrini dayandırması üçün sözügedən universitetə təzyiq göstərməyi davam etdirirlər.
Piket məkanına gələn Əlcəzirə telekanalının müxbiri bu barədə belə deyib: Oksford Universitetinin mühitində keçirilən bu piketin özəlliyi,/ qurulmuş çadırlardır. Gördüyünüz kimi, piket üçün ayrılmış sahə, demək olar ki, çadırla dolubdur. Üç gün bundan qabaq və piketin ilk günündə/ burada on çadır qurulmuşdu. Hal-hazırda isə bu məkanda təqribən əlli bir çadır var.
Hər gecə bu məkanda Fələstin məsələsi barədə ictimai yığıncaq keçirilir. Bu yığıncaqlarda bütün tələbələr fikir bildirə bilərlər. Həmin yığıncaqlarda tələbələrə Fələstin və Fələstindəki toqquşmaların tarixi barədə məlumatlar verilir. Bu fəaliyyətlər/ piketçilərin öz aralarındakı birliyi qorumaq üzrə tədbirlərinin bir hissəsidir.