Kolumbiya Netanyahunun həbsi barədə hökmün verilməsini istəyib
Kolumbiya prezidenti beynəlxalq ədalət məhkəməsi tərəfindən sionist rejimin baş naziri Benyamin Netanyahunun həbsi barədə hökmün verilməsi və Qəzzə zolağına sülhü mühafizə qüvvələrinin göndərilməsini istəyib.
Qustavo Petro «X» sosial şəbəkəsində belə yazıb: Netanyahu soyqırımı dayandırmayacaq. Bu, o deməkdir ki, onun həbs edilməsi barədə beynəlxalq ədalət məhkəməsi tərəfindən hökmün verilməsi zərurət daşıyır.
BMT Təhlükəsizlik Şurası Qəzzə zolağında sülhü mühafizə qüvvələrinin yaradılmasını nəzərdə tutmalıdır- deyə, Petro bildirib.
Sionist rejim mediaları son zamanlar xəbər veriblər ki, Netanyahu beynəlxalq ədalət məhkəməsi tərəfindən onun həbsi barədə hökmün verilməsindən nigarandır və bu üzdən, Amerikaya yalvarçı düşübdür.
Kolumbiya son vaxtlar sionist rejimlə əlaqələrini kəsib. «Əgər Fələstin ölərsə, insanlıq da ölər- deyən Qustavo Petro/ indiyədək həm ticarət sahəsində, həm də təhlükəsizlik cəhətdən Boqota-nın ən böyük ortaqlarından olan bir rejimlə əlaqələrə son qoydu.
Kolumbiya xarici işlər nazirliyi rəsmi bəyanatda izah edibdir ki, onun aid olduğu hökumətin mövqeyi, heç bir vəchlə anti-semitizm yanaşması istiqamətində nəzərdə tutulmamalıdır. Məsələ burasındadır ki, Kolumbiya beynəlxalq humanitar qanunları pozan,/ hərbi cinayətlər və soyqırımın törədilməsi barədə bu cür ciddi ittihamlarla üzləşən/ və bu tərzdə rəftar edən bir rejimlə diplomatik əlaqələri qorumaqla/ cinayət ortağı ola/ və ya susa bilməz.