Baydenin İsrailə qarşı bəyanatı riyakarlıq imiş
ABŞ Prezidenti Cozef Baydenin administrasiyası İsrailə hərbi yardım göndərməkdə davam edir. Bu barədə “NBC” televiziyası Amerika rəsmilərinə istinadən məlumat yayıb.
Sionist İsrail rejiminin Qəzə sakinlərinə qarşı soyqırımı əməliyyatının növbəti fazaya daxil olması, beynəlxalq səviyyədə ciddi qınaqlara səbəb olub. Cinayətkar rejimin ortağı olan ABŞ prezidenti Cozef Bayden, beynəlxalq ictimaiyyətin sionistlərə və Amerikaya olan sonsuz nifrətindən ehtiyatlanaraq son günlərdə bildirmişdi ki, O Rəfah şəhərində böyük hərbi əməliyyat baş verəcəyi təqdirdə İsrailə silah tədarükünü dayandıracaq.
Ancaq ABŞ-ın sionistlərin nəzarətində olduğunu nəzərə alaraq görünür supergüc ləqəbini daşıyan bu ölkənin prezidentinin hətta jest naminə olaraq cinayətkar rejimə dırnaqarası “barmaq silkələmək” ixtiyarı da yoxdur.
“NBC” televiziyası rəsmi mənbələrə istinadla bildirir ki, son günlər İsrailə həm hücum, həm də müdafiə silahları, o cümlədən atıcı silahlar göndərilib.
Sionistlərin at oynatdıqları ABŞ Nümayəndələr Palatasında isə Cozef Baydenin xalaxətrın qalmasın təhdidinə sərt cavab veriləcəyi bildirilib. Palatanın üzvü Kori Mills İsrailə silah tədarükünü dayandırdığını iddia edərək ABŞ prezidenti Cozef Baydenin impiçment təklifini Konqresin aşağı palatasına təqdim edib. Bu barədə o, “Fox News”a məlumat verib.
Onun fikrincə, Bayden qəsbkar rejimin cinayətlərinə mane olmaq təsəvvürü yaradan bir bəyanat verdiyinə görə səlahiyyətlərindən sui-istifadə etmiş olub və Amerika Birləşmiş Ştatlarının Konstitusiyasına riayət etmək andını pozub.
“Bu, nəinki Birləşmiş Ştatların etibarını, həm də bizim çoxdankı müttəfiqimiz olan İsrailin maraqlarını sarsıdıb”,- Kori Mills deyib.