İngiltərə şəhərlərində anti-sionist etirazlar davam edir
Fələstin hamiləri/ sionist rejimin Qəzzə zolağında törətdiyi cinayətlərə qarşı etirazların davamında bir daha İngiltərənin müxtəlif şəhərlərində aksiyalar keçiriblər.
İngiltərənin şərqindən qərbinə və şimalından cənubunadək keçirilən bu etiraz hərəkətlərinin iştirakçıları otuzuncu həftə dalbadal küçələrə çıxıblar. Onların məqsədləri, sionist rejimin Qəzzə zolağında törətdiyi cinayətləri pisləmək və Fələstinin məzlum və müdafiəsiz xalqı ilə həmrəylik ifadə etmək olubdur.
Müxtəlif dinlər və milliyyətlərdən olan aksiya iştirakçılarının əllərində Fələstin bayraqları olub. Onlar Qəzzədə müharibənin dərhal dayandırılması, təcili atəşkəsin bərqərarı, aparteid sisteminə son qoyulması və ədalətsevərlik barədə şüarlar veriblər.
Aksiyaçılar «İşğalçılığı dayandırın!», «Fələstini azad edin!» və «Rəfəhdən əl çəkin!» şüarları səsləndiriblər.
Onlar həmçinin öz şüarlarında İngiltərənin sionist rejimə silah dəstəyinə son qoyulması və bu rejim səfirinin İngiltərədən qovulmasını tələb ediblər.
Bu tələbə aksiyası/ İsrail rejiminin/ indiyədək otuz beş minə yaxın fələstinlinin həyatı bahasına başa gələn Qəzzədəki müharibəsilə müxalifəti bildirmək məqsədilə keçirilir.
Əldə olunan məlumatlara görə, aprelin on səkkizindən bəri Amerika universitetlərində azı yetmiş beş halda etiraz qeydə alınıb və iki min doqquz yüzə yaxın insan saxlanılıb.
Sionist rejimin müharibə hökuməti mayın altısında/ beynəlxalq müxalifətlərə rəğmən, Qəzzə zolağının cənubunda yerləşən Rəfəh şəhərinə qarşı quru hücumu həyata keçirdiyini təsdiqlədi və bu rejim ordusu çərşənbə axşamı günü Rəfəh şəhərinin şərqində yerləşən Rəfəh keçidinin fələstinli hissəsini işğal etdi.