May 12, 2024 14:29 Asia/Baku
  • Amerikalı tələbələrin əksəriyyəti Fələstini dəstəkləyir

New York Post qəzetinin sorğusuna əsasən, Amerika universitet tələbələrinin 65 faizi Fələstinə və Qəzzə xalqına dəstək aksiyalarını dəstəkləyib, 43 faizi isə bu etirazlarda iştirak edib.

Bu sorğuya görə, nümayiş və etiraz aksiyalarında iştirak edənlərin 15 faizi də hesab edir ki, İsrail rejimi mövcud olmamalıdır.

Bundan əvvəl CNN Amerikada Qəzzə xalqına dəstək üçün universitet etirazları başlayandan bəri ən azı 50 professor və 2400-dən çox tələbənin həbs edildiyini açıqlamışdı.

Sionist rejimin Qəzzədəki müharibəsinə qarşı etiraz aksiyaları Nyu-Yorkdakı Kolumbiya Universitetindən başlayıb, sonra ABŞ və dünyanın digər universitetlərinə də yayılıb.

 

 

Teqlər