Sionistlərin şablon ittihamı Quterreşi də nəsibsiz qoymadı
Qərbin şıltaq uşağı olan qaniçən sionist rejim, onun törətdiyi soyqırımı barədə statistikanın BMT baş katibi tərəfindən elan edilməsinə görə özündən çıxıb.
Mayın 6-da BMT Qəzza zolağında 9500-dən çox qadın və 14500-dən çox uşaq da daxil olmaqla, 34.735 nəfərin öldürüldüyü barədə məlumat yayıb.
Təşkilat 8 mayda yaydığı informasiyada isə sionist rejim tərəfindən öldürülənlərin yekun sayına təxminən 100 nəfər əlavə etsə də qırğın edilən qadın və uşaqların sayını azaldıb.
Cinayətkar rejim BMT-nin statistikasındakı bu dəyişikliyi bəhanə edərək bu rejimin xarici işlər naziri İsrail Katz X şəbəkəsində yazıb ki, BMT Baş katibi Antonio Quterreş Qəzza zolağında öldürülən qadın və uşaqların sayı ilə bağlı yalan məlumatlara görə istefa verməlidir.
Sionist nazir minlərlə qadın və uşağın daxil olduğu 35 minə yaxın mülki fələstinlinin nəyə görə cinayətkar rejim tərəfindən qırğın edildiyinə toxunmayıb.
Sionist nazir Antonio Quterreşi şablon antisemitizm ittihamı ilə qaralamağa cəhd göstərib. Dövlət terrorizminin bariz təzahürü olan bu cinayətkar rejimin naziri BMT baş katibini fələstinlilərin soyqırımı barədə statistik məlumat yaydığına görə terrorizmi dəstəkləməkdə ittiham edib.