Kaliforniya universiteti işçilərindən on minlərlə nəfər tətil keçirməklə hədələyib
LİD- Kaliforniya universiteti tələbələrinin dinc piketinin yatırılmasından sonra bu ştat universitetinin işçilərindən on minlərlə nəfər tələbələrə dəstək istiqamətində tətil keçirəcəyi ilə hədələyib.
NƏREYŞEN- Kaliforniya ştat universitetində tələbələrin dinc anti-sionist piketinin yatırılmasından bir gün sonra bu universitetdə həbs olunanların sayı əlli nəfər elan olunubdur ki, onların bir qrupunu müəllimlər və universitet işçiləri təşkil edirlər.
ZƏN- Biz tələbələrin etirazı Qəzzədəki soyqırımının davam etməsinə və universitetimizin bu soyqırımda İsrail ilə əlbir olmasınadır.
NƏREYŞEN- Universitetin bütün dərsləri tətil olub və dərslər virtual formada təşkil edilir. Kaliforniya universiteti tələbələrinin dinc aksiyasının geniş şəkildə yatırılması, hazırda bu ştat universitetinin tədris işçilərinin geniş etirazı ilə üzləşibdir.
ZƏN- Sayı 48 min nəfər olan və universitetin on bir kompleksində işləyən Kaliforniya ştat universitetinin işçiləri bildiriblər ki, əgər həbs olunmuş tələbə, müəllim və işçilər azad edilməzlər və universitet sionist rejimin tabeliyində olan şirkətlərlə həmkarlığına son qoymazsa, ümumi tətil keçirəcəklər.
NƏREYŞEN- Kaliforniya universitetinin 48 min işçisi təhdidlə bildiribdir ki, əgər həbs olunanlar azad edilməzlərsə, Fələstin xalqını himayə üçün söz azadlığı təmin edilməzsə və universitet sionist rejimlə bağlı şirkətlərlə həmkarlığı və maliyyə əlaqəsini kəsməzsə, ümumi tətil keçirəcəklər.
Bu etirazlar və repressiyaların qızğın çağında universitet və polisin aksiyaçılarla ikili rəftarı, yəni dinc anti-sionist aksiyalar qarşısında zorakılıq və repressiya siyasəti ilə bir zamanda sionist rejimi himayə edən aksiyaçılara dəstək tənqid edilibdir.
Qardian qəzetinin yaydığı Amerikada aparılan yeni bir araşdırmaya əsasən, aprelin on səkkizindən mayın dördünədək bu ölkə universitetlərində azı 553 anti-sionist aksiya keçirilib. Bu aksiyaların yetmişindən çoxu polisin kəskin və repressiv müdaxiləsilə üzləşib. Bununla belə, elə həmin araşdırmaya əsasən, polis sionist rejimi himayə edən tələbələrin aksiyalarından heç birinə müdaxilə etməyibdir.