BMT İranın şəhid prezidenti üçün anım tədbirinə hazırlaşır
https://azeri.sahartv.ir/news/dünya-i411475-bmt_İranın_şəhid_prezidenti_üçün_anım_tədbirinə_hazırlaşır
Gələn həftə Birləşmiş Millətlər Təşkilatı Ayətullah Rəisinin anım toplantısı keçirəcək.
(last modified 2024-05-24T05:56:35+00:00 )
May 24, 2024 09:55 Asia/Baku
  • BMT İranın şəhid prezidenti üçün anım tədbirinə hazırlaşır

Gələn həftə Birləşmiş Millətlər Təşkilatı Ayətullah Rəisinin anım toplantısı keçirəcək.

Bu məlumata əsasən, gələn həftə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası İran helikopterinin qəzaya uğraması nəticəsində şəhid olmuş prezident Seyid Seyid İbrahim Rəisi, şəhid olan xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan və digər şəhidlərin xatirəsini anma mərasimi keçirəcək.

BMT-nin Baş Assambleyası gələn cümə axşamı bu anma mərasimini keçirməyi planlaşdırır.

Baş Assambleyanın prezidenti Dennis Fransis toplantının mayın 30-da keçiriləcəyini açıqlayıb.