Avropadakı diplomatlardan dostluq addımı:
Rəisinin şəhadəti münasibətilə başsağlığı verilir
Avropanın şərqindən qərbinə və şimalından cənubuna qədər yüzlərlə xarici səfir və diplomat president Rəisinin və digər qurbanların şəhadəti münasibətilə başsağlığı vermək üçün İran səfirliklərinə gəlib xatirə kitabını imzalayıblar.
Bu məlumata əsasən, ölkələrin nümayəndələri iranlı diplomatlara bu acı itki ilə bağlı başsağlığı verib, xalqın və hökumətin dərdinə şərik olduqlarını bildiriblər. Londonda Pakistan səfiri hava qəzasında şəhadətə çatan prezident və onun yoldaşlarının xatirəsini ehtiramla yad edən ilk şəxs olub və səfirlikdəki xatirə kitabını imzalayıb.
Bundan sonra Oman, Tacikistan, İraqın Kürdüstan bölgəsi, Kuba, Ermənistan və onlarla başqa ölkənin nümayəndələri də səfirliyə gələrək şəhidlərin xatirəsini ehtiramla yad ediblər.
Bundan əlavə səfirlik binası önündə iranlı sakinlər və inqilab tərəfdarları gül dəstələri qoyaraq bu qəmli itki ilə bağlı kədərlərini nümayiş etdirdilər.