May 25, 2024 15:26 Asia/Baku
  • Aİ qanun və İsrail arasında seçim etməlidir

Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borel Avropa Birliyinin Qanun və sionist İsrail rejimi arasında seçim etməli olduğunu deyib.

Beynəlxalq Ədalət Məhkəməsinin son qərarına əsasən sionist rejimi Rəfəhə qarşı əməliyyatları dayandırmağa, BMT-nin dəstəyi ilə soyqırımı ittihamlarının araşdırılması üçün təhqiqat komissiyasına Qəzzəyə daxil olmaq imkanı verməyə, Qəzzədəki fələstinlilərə humanitar yardımların çatdırılmasına şərait yaratmağa çağırıb.

 Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borel  dünən Floransda Avropa Universitetində etdiyi çıxışında Beynəlxalq Ədalət Məhkəməsinin işğalçı rejim ilə bağlı qərarına toxunub:

“ Avropa İttifaqı çətin seçim qarşısındadır, ya qanunun hakimiyyəti və beynəlxalq qurumları ya da İsrailə dəstək vermək yolunu seçməlidir. Bunların ikisinin arasında balans yaratmaq çox çətindir”,- Borrel deyib.

Cozef Borel qəsbkar İsrail rejiminin Fələstin dövlətinin bəzi Avropa ölkələri tərəfindən rəsmən tanınmasına qarşı dezinformasiyalarına da diqqət çəkib: “ Fələstinə dəstək üçün hansısa bir təşəbbüs həyata keçirildikdə İsrail dərhal onu antisemitizm kimi qələmə verir”,- Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi deyib.

Qeyd edək ki, Norveç, İspaniya və İrlandiya mayın 22-də bildirdilər ki, 28 mayda Fələstin ölkəsini rəsmən tanıyacaqlar. İşğalçı rejimin baş naziri cinayətkar Benyamin Netanyahu bu qərara reaksiya verərək “fələstinlilər ölkə sahibi olmamalıdır” deyib.