İyun 05, 2024 12:05 Asia/Baku
  • Lavrov Fransaya xəbərdarlıq etdi

“Ukraynadakı istənilən fransız hərbçisi Rusiya ordusunun hədəfidir”

Rusiyanın xarici işlər naziri bəyan edib ki, Ukraynadakı istənilən fransız hərbçisi Rusiya ordusunun hədəfidir.

Sergey Lavrov deyib: “Fransa prezidenti Emmanuel Makron dəfələrlə Fransa qoşunlarını Ukraynaya göndərməklə hədələyib. Buna cavab olaraq qeyd etməliyik ki, Ukraynada təlimçi və ya muzdlu kimi fəaliyyət göstərən istənilən fransız hərbi qulluqçusu Rusiya ordusu üçün qanuni hədəfdir”.

Onun sözlərinə görə, fransalı təlimatçıların artıq Ukraynada işlədiyini deməyə əsas var. Lakin onlar kim olur-olsunlar - Fransa silahlı qüvvələrinin üzvləri və ya sadəcə muzdlular, silahlı qüvvələrimiz üçün tamamilə qanuni hədəfdirlər.

Bu arada The Washington Post qəzeti yazıb ki, Rusiya Prezidenti Vladimir Putin Parisin öz təlimatçılarını Ukraynaya göndərmək qərarına cavab olaraq Rusiya Silahlı Qüvvələrinə onlara zərbələr endirmək əmri verə bilər.

 

Teqlər