İsrail BMT-nin qara siyahısına salınır
https://azeri.sahartv.ir/news/dünya-i411840-İsrail_bmt_nin_qara_siyahısına_salınır
BMT-nin baş katibi Antonio Quterreş İsraili münaqişə zonalarında uşaqlara zərər verən ölkələr üzrə qara siyahıya salmaq qərarını açıqlayıb.
(last modified 2026-02-16T11:18:11+00:00 )
İyun 09, 2024 06:55 Asia/Baku
  • İsrail BMT-nin qara siyahısına salınır

BMT-nin baş katibi Antonio Quterreş İsraili münaqişə zonalarında uşaqlara zərər verən ölkələr üzrə qara siyahıya salmaq qərarını açıqlayıb.

Qondarma rejimin BMT-dəki nümayəndəsi Gilad Erdan bunu təsdiqləyib.

Erdan həmçinin İsrailin Qəzzə müharibəsində uşaqlara zərər verdiyi üçün irəli sürülən bu qərarı tənqid edib və onu "rüsvayçı" adlandırıb.

Bu arada Kolumbiya hökuməti İsrail ordusunun Qəzzədəki hərəkətlərinə görə bu rejimə kömür tədarükünü dayandıracağını açıqlayıb.

Bu barədə Cənubi Amerika ölkəsinin prezidenti Qustavo Petro X sosial şəbəkə səhifəsində yazıb: “Soyqırım dayanana qədər İsrailə kömür ixracını dayandıracağıq”.