Təhlükəsizlik Şurasının Qəzzə ilə bağlı gecikmiş qaranlıq qətnaməsi
Birləşmiş Ştatların Qəzzədə atəşkəsin bərpası və əsirlərin azad edilməsi ilə bağlı təklif etdiyi qətnamə ötən gecə 14 lehinə və bir bitərəf səslə heç bir müxalif səs olmadan təsdiqlənib.
10 iyunda ABŞ, Rusiya, İngiltərə, Çin və Fransa da daxil olmaqla, bu şuranın 15 üzvündən 9-u heç bir etiraz və veto qoymadan Təhlükəsizlik Şurasında qəbul edilib.
Qeyd edək ki, Təhlükəsizlik Şurasının 7 bənddən ibarət 2735 saylı qətnaməsində bildirilir ki, Birləşmiş Ştatların təklif etdiyi qətnamə Fələstin məsələsi də daxil olmaqla, Yaxın Şərqdəki vəziyyətlə bağlı bütün müvafiq qətnamələri özündə ehtiva edir və Misir, Qətər və Amerika Birləşmiş Ştatlarının hərtərəfli atəşkəsə nail olmaq məqsədi ilə üç mərhələli olan bu qətnamə tərəflərin davamlı diplomatik səylərinin vacibliyini vurğulayır.
“Mayın 31-də elan edilmiş və İsrailin qəbul etdiyi yeni atəşkəs təklifini alqışlayır və HƏMAS-dan da bunu qəbul etməsi istənilir və hər iki tərəfdən onun şərtlərini gecikdirmədən və qeyd-şərtsiz tam yerinə yetirməsini istənilir-Qətnamədə qeyd edilir
Bu qətnamədə bildirilir ki, tələblərin üç mərhələli icrası aşağıdakı nəticələr verə bilər.
Faza 1: Əsirlərin azad edilməsi, o cümlədən qadınların, qocaların və yaralıların azad edilməsi, ölən əsirlərin cəsədlərinin qaytarılması, fələstinli girovların mübadiləsi, İsraillilərin Qəzzənin əhalinin daha çox məskunlaşdığı ərazilərdən çıxarılması, fələstinli mülki şəxslərin Qəzzənin bütün bölgələrində, o cümlədən şimalda öz evlərinə və məhəllələrinə qayıtması, eləcə də anklavın hər yerində geniş miqyaslı humanitar yardımın təhlükəsiz və effektiv fəaliyyəti
2-ci fazada razılığa əsasən, hələ də Qəzzədə olan bütün girovların azad edilməsi və İsrail qüvvələrinin Qəzzədəm tamamilə çıxarılması müqabilində hərbi əməliyyatların daimi dayandırılması.
3-cü fazada Qəzzə üçün çoxillik əsaslı yenidənqurma planına başlamaq və anklavda bütün girovların cəsədlərinin ailələrinə qaytarılması
Qətnamədə vurğulanır ki, birinci mərhələ üzrə danışıqlar altı həftədən çox davam edərsə, danışıqlar davam etdiyi müddətcə atəşkəs davam edəcək və ABŞ, Misir və Qətərin bütün razılaşmalar əldə olunana qədər danışıqların davam etməsini təmin edə və bundan sonra fazanın icrasına başlana bilər.
Təsdiqlənmiş qətnamədə tərəflərin sazişdən sonra tələblərin şərtlərə əməl etməsinin vacibliyi vurğulanır və bütün üzv dövlətlərdən və Birləşmiş Millətlər Təşkilatından onun həyata keçirilməsinə dəstək vermələri istənilir.
Qətnamə Qəzzə zolağında demoqrafik və ya ərazi dəyişikliyi cəhdini, o cümlədən Qəzzə ərazisini azaldan hər hansı tədbirləri rədd edilir.
Bu qətnamədə həmçinin qeyd edilir ki, iki demokratik dövlətin - İsrail və Fələstinin beynəlxalq hüquq və normalara uyğun olaraq təhlükəsiz və tanınmış sərhədlər daxilində sülh şəraitində yan-yana yaşadıqları iki dövlətli prinsipin sarsılmazlığı bir daha təsdiq edilir. Birləşmiş Millətlər Təşkilatının müvafiq qətnamələrinin yetərli olduğu və bu baxımdan Qəzzə zolağının Fələstin Muxtariyyətinin hakimiyyəti altında İordan çayının qərb sahili ilə birləşdirilməsinin vacibliyini vurğulayır.
Qeyd edilməldiir ki, ABŞ-ın təklif etdiyi qətnamədən bitərəf qalan yeganə üzv Rusiya Amerikanın Qəzzə ilə bağlı bu qətnaməsinin şübhəli olduğunu bildirib.
Vasili Nebenzia bidlirib ki, Qəzzədə atəşkəs sənədinin yekun planları korkoranədir və onun haqda məlumat danışıqlardakı vasitəçilərindən başqa heç kimə məlum deyil.
Rusiyanın daimi nümayəndəsi qeyd edib ki, BMT Təhlükəsizlik Şurası Amerikanın qətnaməsini təsdiq etməklə, təfərrüatları məlum olmayan planı imzalamış olacaq.
“Rusiyanın bu layihə ilə bağlı çoxlu sualları var, ona görə də səsvermə zamanı bitərəf qalıb, baxmayaraq ki, o, münqişənin başlanğıcından bəri həmişə daimi atəşkəsi müdafiə edib”- Nebenzia bildirib.
O, həmçinin deyib ki, Rusiya Federasiyasının qətnaməyə veto qoymamasının səbəbi ərəb dünyasının onu dəstəkləməsidir. Eyni zamanda, Rusiyanın bu sənədlə bağlı qaldırdığı suallar hələ də qalmaqdadır və onlara cavab verilməlidir.
rusiya rəsmisi vurğulayıb ki, Amerika qətnaməsinin müddəalarının həyata keçirilməsi yalnız kağız üzərində mürəkkəb olaraq qala da bilər.