İyun 17, 2024 11:34 Asia/Baku
  • Haaqa Məhkəməsi Netanyahunun həbsinə order verə bilər

Sionist rejimin 13-cü kanalı bildirib ki, Beynəlxalq Cinayət Məhkəməsi yaxın 10 gün ərzində baş nazir Benyamin Netanyahu və müharibə naziri Yoav Qalantın həbsinə dair qərarını verəcək.

Kanal qeyd edir ki, Beynəlxalq Cinayət Məhkəməsinin mümkün qərarı Netanyahunu çox narahat edib və o, bu mövzuda geniş məsləhətləşmələr aparır.

Bu məlumata görə, xunta rejiminin Təhlükəsizlik Şurasında və Xarici İşlər Nazirliyində baş hüquq ekspertləri Beynəlxalq Cinayət Məhkəməsinin verə biləcək qərarı ilə bağlı danışıqlar aparırlar.

Məlumatda əlavə olunur ki, sionist rejim ordusu bu rejimin imicinə dəyən zərəri azaltmaq üçün Qəzzədə xəstəxana tikmək və humanitar dəhlizlərin açılmasını tövsiyə edib.

Bir çox ekspertlər hesab edir ki, Netanyahunun müharibənin davam etdirilməsində israr etməkdə məqsədi siyasi həyatı qorumaq və təqibdən xilas olmaqdır.

Bu arada sionist rejim Knessetinin üzvü bir məqalədə yazıb: “İsraili idarə edən generallar və siyasətçilər qələbədən xəbər olmadıqda bizi aldatmaqda davam edirlər”.

İsrailin Ədliyyə Nazirliyində təcrübəyə malik olan sionist siyasətçi Haim Ramon Nyus-Van (News One) portalında bildirib ki, İsrail siyasətçiləri ağır hərbi məğlubiyyətə uğrayıblar və bu gün onlar müharibəni qələbə kimi təqdim etməyə çalışırlar.

Məqalədə qeyd olunur: “2007-ci ildən bəri İsrail ordusunun bütün baş nazirləri, hərbi nazirləri və qərargah rəisləri Həmas-ı tam məğlub etməmək strategiyasını dəstəklədilər və ötən il oktyabrın 7-dək onlar bu ideyanı düzgün hesab edirdilər, lakin müharibənin başlanması ilə biz ağır və ölümcül zərbə aldıq”.