İyun 17, 2024 19:25 Asia/Baku
  • Oxfam: Günahsız fələstinli uşaqlar Britaniya silahları ilə öldürülür

İngiltərədə yerləşən beynəlxalq yardım təşkilatı Oxfam-ın icraçı direktoru Qəzzədə günahsız fələstinli uşaqlar və onların valideynlərinin ingilis silahları ilə öldürüldüyünü bildirərək, İngiltərə silahlarının sionist rejimə satılmasını pisləyib.

Oxfam beynəlxalq yardım təşkilatının icraçı direktoru Həlimə Begum Guardian qəzetinə verdiyi müsahibədə bu ölkənin hökuməti tərəfindən sionist rejimə silah satışını dayandırmaq tələblərinin rədd edilməsindən sonra deyib:

“Londonun Qəzzəyə humanitar yardım göstərərkən İsrailə silah satması əxlaqi baxımdan uyğun deyil”.Onun sözlərinə görə, London Qəzzəyə humanitar yardım göndərmək və bu bölgədə sülh yaratmaq istəyindən danışarkən, bombalarını İsrailə verməməlidir.