Rusiya bir ay müddətinə BMT Təhlükəsizlik Şurasının sədri olub
https://azeri.sahartv.ir/news/dünya-i412478-rusiya_bir_ay_müddətinə_bmt_təhlükəsizlik_Şurasının_sədri_olub
Cənubi Koreyanın BMT Təhlükəsizlik Şurasına sədrlik müddəti başa çatıb.
(last modified 2024-07-01T09:17:52+00:00 )
İyul 01, 2024 13:17 Asia/Baku
  • Rusiya bir ay müddətinə BMT Təhlükəsizlik Şurasının sədri olub

Cənubi Koreyanın BMT Təhlükəsizlik Şurasına sədrlik müddəti başa çatıb.

İyulun 1-də bu rol Rusiyaya keçib. Təhlükəsizlik Şurasına sədrlik hər ay bir ölkədən digərinə keçirilir.Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib ki, ölkə sədrliyi dövründə üç əsas tədbir planlaşdırıb.İyulun 17-də Yaxın Şərqdə nizamlanma ilə bağlı açıq müzakirələr olacaq. Hər iki tədbirə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sədrlik edəcəyi gözlənilir.İyulun 19-da isə, BMT və KTMT, MDB və ŞƏT arasında əməkdaşlığa dair debatların keçirilməsi planlaşdırılır.