İyul 13, 2024 14:52 Asia/Baku
  • Qəzzədə dəhşətli müharibəyə son qoymağın vaxtıdır

BMT-nin baş katibi Antonio Quterreş deyib: "Qəzzə zolağında dəhşətli müharibəyə son qoymağın vaxtıdır, heç bir şey Qəzzədə Fələstin xalqına verilən kollektiv cəzaya haqq qazandıra bilməz”.

Əl-Cəzirənin məlumatına görə, Antonio Quterreş təşkilatın BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi UNRWA-ya dəstək toplantısında deyib: "Qəzzə zolağında kütləvi qətl və dağıntıların səviyyəsi anlaşılmaz və bağışlanmazdır".

Quterreş əlavə edib: İsrail ordusu tərəfindən evakuasiya əmrləri artıbdır və fələstinlilər sanki ölüm meydanında insan langırtları kimi qaçmağa məcbur olurlar". 

BMT-nin baş katibi vurğulayıb: "Heç bir şey Qəzzədə fələstinlilərin hər gün məruz qaldıqları kollektiv cəzaya haqq qazandıra bilməz".

Quterreş deyib: "Qəzzədə UNRWA-nın 195 əməkdaşı öldürülüb, bu, BMT tarixində ən yüksək əməkdaş itkisi sayıdır”.

O, hamını UNRWA-nı qorumağa çağırıb və deyib: "UNRWA-ya alternativ yoxdur, biz bütün cəbhələrdə işləyirik və bu dəhşətli müharibəyə son qoymağın vaxtıdır".