İyul 25, 2024 17:30 Asia/Baku
  • Netanyahunun ABŞ Konqresindəki çıxışı etirazlar və boykot dalğası ilə üzləşib

Sionist rejimin baş naziri Ağ Evin rejimin Qəzzədəki hərbi əməliyyatlarına dəstəyini gücləndirmək ümidi ilə ABŞ Konqresində çıxış etdi, lakin bu çıxış etirazlar və ABŞ Konqresinin nümayəndələri tərəfindən boykot dalğası ilə üzləşdi.

Sionist rejimin baş nazirinin ABŞ Konqresindəki çıxışı onun Amerikadakı ağalarının geniş reaksiyası ilə müşayiət olundu.

ABŞ Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosi Netanyahunun Konqresdəki çıxışına reaksiyada X səhifəsində yazıb: "Benyamin Netanyahunun bu gün Nümayəndələr Palatasındakı çıxışı ABŞ Konqresində çıxış etmək şərəfinə layiq görülmüş və dəvət edilmiş hər hansı xarici rəsmi arasında ən pis çıxış idi". 

Pelosi davamında yazıb: "Qəzzədə saxlanılan sionist məhbusların ailələri atəşkəs və övladlarının geri qaytarılmasını tələb edirlər, ona görə də, ümid edirik ki, Netanyahu vaxtını bu məqsədə çatmağa sərf edəcək."

Demokratlar Partiyasının Konqresdəki nümayəndələrindən olan Dalia Ramirez Netanyahunun Konqresdəki çıxışı ilə bağlı deyib: "Netanyahunun çıxışı nümayişçilərə hücum edən ikiüzlü bir çıxış idi". 

Demokrat konqresmen qeyd edib ki, Benyamin Netanyahu hərbi cinayətkardır və şəxsi məqsədlərinə nail olmaq üçün heç bir addım atmaqdan çəkinməyəcək. 

"Mən Qəzzədə insanlığı öldürən bir şəxsi alqışlayan Konqres üzvlərindən məyus oldum. Netanyahunun yeri həbsxanadır, Konqres qarşısında çıxış etmək deyil", - deyə Ramiraz əlavə edib. 

Digər demokrat nümayəndə Cerri Nadler Netanyahunun siyasi mara];n;n girovların azad edilməsi deyil, müharibəni mümkün qədər uzun müddət davam etdirmək oldu]unu vurğulayaraq, deyib: "Netanyahunun çıxışı səmimi deyildi. Mən Netanyahunu dəstəkləmək üçün deyil, “İsrailə” hörmət üçün iştirak etdim".

Amerikalı müstəqil senator isə vurğulayıb ki, israillilər Netanyahunun vəzifədən getməsini istəyirlər. Ona görə də o, Konqresə seçki kampaniyası aparmaq üçün gəldi”.

"Bütün humanitar təşkilatlar Netanyahunun ekstremist hökumətinin yardımların qarşısını almaqda davam etdiyi üçün Qəzzədə on minlərlə uşağın aclıqla üzləşdiyini təsdiqləyir. Netanyahu təkcə hərbi cinayətkar deyil, həm də yalançıdır", deyə, Sanders əlavə edib. 

Digər tərəfdən ivritdilli Kan kanalı, ABŞ Konqresinin 128 demokrat nümayəndəsinin o cümlədən Nümayəndələr Palatasının 100 üzvü və Senatın 28 demokrat üzvünün dünən axşam Netanyahunun ABŞ Konqresindəki çıxışını boykot etdiyini bildirib.

Qeyd edək ki, Netanyahu çərşənbə günü ABŞ Konqresindəki çıxışında Qəzzədə Fələstin müqavimət qrupları ilə müharibəni davam etdirməkdə bu rejimi daha çox dəstəkləməsi üçün Vaşinqtona təzyiq göstərməyə çalışdı.

Netanyahu Konqresdəki tərəfdarlarının alqışları altında ABŞ rəsmilərinə xitabən deyib: "Biz tarixi dönüş nöqtəsindəyik və Yaxın Şərq qaynayır! 

O, yenə də İrana hücum edərək, regiondakı və Amerikadakı müttəfiqlərindən daha çox dəstək tələb edib.

O, Vaşinqtondan sivilizasiyaların toqquşması adlandırdığı hal üçün Təl-Əvivin yanında olmasını istəyib".

Netanyahunun Amerikaya səfəri ABŞ-da və işğal olunmuş ərazilərdə Fələstin tərəfdarlarının müxtəlif qruplarının etirazlarına səbəb olub və ABŞ-da bir çox Konqres nümayəndəsi onun çıxışını boykot edib, həmçinin işğalçı rejimin keçmiş başçıları və sionist məhbusların ailələri də bu səfərə etiraz ediblər.