Kolumbiyadan xunta rejiminə sanksiya, HƏMAS alqışladı
İsrailə kömür tədarükünü dayandırılıb
Kolumbiya prezidenti Qustavo Petro Qəzzə zolağındakı hərbi əməliyyatlardan dolayı İsrailə kömür tədarükünün dayandırılmasını nəzərdə tutan fərman imzalayıb.
Bu məlumata əsasən, müvafiq sənəd Kolumbiya hökumətinin saytında dərc olunub.
Sənəddə deyilir: “İsrailə kömür ixracı qadağan edilir. Qadağa sənədin dərc edildiyi gündən beş gün sonra qüvvəyə minir”.
Qeyd edilir ki, 2023-cü ilin yanvar-avqust aylarında Kolumbiya İsrailə 375 milyon dollar dəyərində mal və xammal tədarük edib ki, bunun da əhəmiyyətli hissəsini kömür təşkil edib.
sənəddə vurğulanır ki, İsrail enerji istehsalı üçün böyük ölçüdə kömürdən asılıdır və əlavə olaraq bu xammaldan hərbi məqsədlər üçün istifadə edir.
Bu arada HƏMAS Kolumbiyanın İsrailə kömür ixracını dayandırmaq qərarını alqışlayıb.
Hərəkat vurğulayıb ki, biz Kolumbiyanın sionist işğalçı rejim ilə əlaqələri kəsməkdə göstərdiyi cəsarətli mövqeyini alqışlayırıq.
HƏMAS bütün ölkələri faşist İsrail rejimi ilə əlaqələri kəsməyə, sanksiyalar tətbiq etmək, Təl-Əvivi təcrid etmək, onun başçılarını cəzalandırmaq və müharibə cinayətkarı kimi mühakimə etmək üçün hərəkətə keçməyə çağırıb.