Amerikada tələbələrin Fələstinə dəstək aksiyalarının yatırılması davam edir
Amerika universitetləri tələbələrin Fələstinə dəstək aksiyalarının yatırılmasının davamında Qəzzə müharibəsinə qarşı etirazların təkrarlanmasının qarşısını almaq üçün sərt qaydalar tətbiq edirlər.
Londonda çıxan «Qardian» qəzeti bu haqda belə yazıb: Amerika universitetləri tələbələrin Fələstinə dəstək aksiyalarının yatırılmasının davamında Qəzzə müharibəsinə qarşı etirazların təkrarlanmasının qarşısını almaq üçün sərt qaydalar tətbiq edirlər. Tələbələr, elmi heyət üzvləri və tələbə fəalları bu hərəkətin söz azadlığının pozulmasına təsiri barədə xəbərdarlıq ediblər.
Tələbə toplantıları və etirazlarının əsas mərkəzi olan Kolumbiya universitetinin çəmənliyi ətrafında hasarın çəkilməsinə toxunan «Qardian» belə yazıb: Bu maneələr etirazların təkrarlanmasının qarşısını almaq üçün universitetdə atılan yeni addım deyil.
Etirazlar aprel ayına təsadüf edən ilk mərhələdə Nyu-York polisinin universitet ərazisinə girməsindən sonra tələbələrdən yüz doqquz nəfərin saxlanılması ilə özünün kulminasiya nöqtəsinə çatdı.
Amerikada tələbələrin Fələstinə dəstək aksiyalarının yatırılmasının davam etməsinin fonunda
Fələstini himayə edən 250-dən çox orqan və təşkilat bildiribdir ki, avqustun 19-da demokrat partiyasının Amerika prezident seçkilərinə namizədi Kamala Harrisin Çikaqoya səfəri və demokratların milli konvensiyasının işə başlaması ilə bir zamanda Amerikanın bu izdihamlı şəhərində Qəzzə müharibəsinə etiraz istiqamətində geniş aksiya keçirəcək.