ABŞ-da dövlət borcunda rekord artım proqnozlaşdırılır
https://azeri.sahartv.ir/news/dünya-i413890-abŞ_da_dövlət_borcunda_rekord_artım_proqnozlaşdırılır
Ölkənin dövlət borcu 35 trilyon dolları ötür
(last modified 2024-08-23T07:06:53+00:00 )
Avq 23, 2024 10:30 Asia/Baku
  • ABŞ-da dövlət borcunda rekord artım proqnozlaşdırılır

Ölkənin dövlət borcu 35 trilyon dolları ötür

ABŞ-ın artan dövlət borcu ölkənin dünya miqyasında iqtisadi mövqeyini təhdid edir.

"Fox Business" bu barədə yazır: “ABŞ Maliyyə Nazirliyinin məlumatına görə, hazırda ölkənin dövlət borcu 35 trilyon dolları ötür. Son hesabatlar onun növbəti onillikdə görünməmiş 54 trilyon dollara qədər artacağını göstərir”.

 Nəşr qeyd edir ki, dövlət xərclərinin kəskin artması, eləcə də dövlət borcları üzrə faiz dərəcələrinin səviyyəsinin artması ABŞ-nin borc yükünün artmasına səbəb olur. Onun baxımını bahalaşdıran da məhz onlardır.

Qeyd edək ki, ABŞ-ın dövlət borcu hər 100 gündə bir trilyon dollar artır. Bundan əlavə, borclara xidmət xərcləri bu il ilk dəfə olaraq müdafiə xərclərini üstələyib.