Avq 26, 2024 18:22 Asia/Baku

"Telegram"ın təsisçisi və baş direktoru Pavel Durov Fransanın paytaxtı Paris yaxınlığındakı Burje hava limanında həbs edilib.

Fransanın TF1  telekanalı xəbər verib ki, Durov şənbə günü axşam şəxsi təyyarəsi ilə səyahət edərkən saxlanılıb.

Məlumata görə, Durov müxtəlif cinayətlərdə, o cümlədən “terrorizm, narkotik vasitələrin qanunsuz dövriyyəsi, dələduzluq, çirkli pulların yuyulması və uşaq pornoqrafiyası” ilə ittiham oluna bilər.

Medialar bildiriblər ki, 39 yaşlı Durov Fransanın yerli vaxtı ilə axşam saat 20:00-da mühafizəçilərin müşayiəti ilə saxlanılıb. 

Durov 2013-cü ildə qardaşı Nikolay ilə birlikdə Teleqramı təsis edib. Hesablamalara görə, WhatsApp-ın rəqibi olan bu mesajlaşma proqramının hazırda 950 milyon aktiv istifadəçisi var.

Teqlər