Avq 27, 2024 14:51 Asia/Baku
  • 500 təyyarə və 107 gəmi ilə nələr daşınıb?

Qəzzə zolağında müharibə başlayandan bəri 500 nəqliyyat təyyarəsi və 107 gəmi ABŞ-dan İsrailə 50 min tondan çox silah və hərbi texnika çatdırıb.

Sionist rejimin Müharibə Nazirliyinin mətbuat xidməti bu barədə məlumat yayıb.

İsrail mediasının məlumatına görə, söhbət zirehli texnika, döyüş sursatı, fərdi mühafizə vasitələri və tibbi avadanlıqlar da daxil olmaqla, ən geniş çeşiddə təchizatdan gedir. Belə ki, Qəzzədə müharibə başlayandan bəri İsrail rejimi 50 min tondan çox hərbi texnika alıb

Məlumata qeyd olunur ki, tədarüklər müvafiq idarələr, o cümlədən Müdafiə Nazirliyinin ABŞ-də tədarük üzrə nümayəndə heyəti tərəfindən həyata keçirilib.