Pentaqon İsrailə tam dəstək verilməsində israrlı qalır:
ABŞ daha çox cinayətə yaşıl işıq yandırır - TƏHLİL
ABŞ-ın müdafiə naziri İsrailin müharibə naziri ilə söhbətində Vaşinqtonun bu rejimə dəstəyini bundan sonar da davam etdirəcəyini vurğulayıb.
ABŞ Müdafiə Nazirliyinin sözçüsü Pat Rayder verdiyi açıqlamada belə deyib: “Birləşmiş Ştatların müdafiə naziri bu telefon danışığında İsrailin özünü müdafiə etmək hüququnu təsdiqlədi”.
Bu arada ABŞ-ın yüksək səviyyəli komandiri regionda daha geniş münaqişəyə çevrilə biləcək gərginliyin artmasının qarşısının alınması yollarını müzakirə etmək üçün şənbə günü bölgəyə elan edilməmiş səfərə başlayıb.
Əhəmiyyətli olan məqam odur ki, Birləşmiş Ştatlar Qəzzədə atəşkəsin bərqərarında maraqlı olduğunu iddia edir, lakin sual yaranır: Əgər Ağ Ev həqiqətən də bunu istəyirsə, nə üçün İsrailə təzyiq göstərmir, ona idarə olunan bombalar göndərməyi dayandırmır?
Qeyd edilməli olan mühüm bir məqam ondan ibarətdir ki, Amerika sionist rejimin müttəfiqi və strateji dəstəkçisi kimi Qəzzənin məzlum əhalisini qətliam etmək üçün Təl-Əvivə misli görünməmiş silah və sursatlar göndərir.
Qəzzə zolağında dinc əhaliyə qarşı törətdiyi soyqırım cinayətlərinə görə sionist rejimə silah embarqosu tətbiq etməyə çağıran Beynəlxalq Amnistiya Təşkilatı bu yaxınlarda sionist hərbçilərin Qəzzədə ABŞ istehsalı olan silahlardan istifadə edərək bir sıra qeyri-qanuni əməllərini, o cümlədən dinc əhalini açıq-aşkar hədəf alan qəddar hücumlarını sənədləşdirib və İsrail ordusunun ayrıseçkilik etmədən hərbi cinayətlər törətdiyini vurğulayıb.
Araşdırmalar göstərir ki, İsrail ABŞ istehsalı olan silahlardan beynəlxalq hüquq və insan haqlarını kobud şəkildə pozaraq istifadə edib.
Qəzzə əhalisinin soyqırımı və aclıq silahından istifadə edilməsi qəti və inkaredilməz olsa da, Bayden hökuməti bu cinayətlərin pislənməsinin qarşısını alır.
Əslində Bayden administrasiyası İsraillə münasibətdə ikili siyasət aparır. ABŞ Konqresində demokrat qanunvericilərin əhəmiyyətli bir hissəsi sionist rejimə silah satışının əleyhinə olsa da, Ağ Ev Təl-Əvivin silahlandırılmasında və məzlum xalqı öldürmək üçün sionist rejimə böyük sursat və güclü bombalar göndərilməsində israr etməkdə davam edir.
Bununla da, Ağ Evin Təl-Əvivə şəksiz dəstəyi sionist rejimin cinayətkar əməllərini, xüsusilə soyqırımı və Qəzzə zolağında aclıq və qıtlıq silahından istifadəni davam etdirməsi üçün yaşıl işıq olub.