Avq 27, 2024 15:24 Asia/Baku
  • Qərb ölkələrinin İslam dünyasına insan hüquqlarını öyrətmələrinə ehtiyac yoxdur

Malayziyanın baş naziri Ənvər İbrahim Qərbin beynəlxalq medialar vasitəsilə Qəzzə müharibəsini təhrif etmək üzrə səyinə işarə edib. Bildirib ki, Qərb ölkələrinin İslam dünyasına demokratiya və insan hüquqlarını öyrətmələrinə ehtiyac yoxdur.

Ənvər İbrahim Kuala-Lumpurda, Malayziya came məscidində keçirilən yığıncağın açılış mərasimində bildiribdir ki, Qərb dünyası Qəzzədəki müharibə barədə “qeyri-düzgün rəvayətlər” təqdim etmək istiqamətində beynəlxalq medialara nəzarət səyindən əl çəkməlidir.

O, vurğulayıb: Qərbin İslam dünyasına demokratiyanın, insan hüquqlarının və stabil inkişafın mənasını öyrətməsinə lüzum yoxdur.

Malayziyanın baş naziri deyib: Fələstindəki aramsızlıq Həmas-ın ötən ilin yeddi oktyabrındakı əməliyyatına görə deyil. Bu problem 1948-ci ildən başlanıb və o zamandan bəri davam edir.

Ənvər İbrahim qeyd edibdir ki, rəsmi Kuala-Lumpur işğal olunmuş Fələstin ərazilərində qeydiyyatdan keçmiş şirkətlərə Malayziyaya giriş və bu ölkədə hər hansı fəaliyyət icazəsi verməmək barədə üzərinə öhdəlik götürüb.