Amerika polisinin vəhşiliyi ifşa olunur
Cari ildə ABŞ-də polis 836 nəfəri öldürüb
SəhərAzəri-nin məlumatına əsasən, 2024-cü ilin ilk günündən ABŞ-də polis tərəfindən 836 nəfər öldürülüb.
Bu məlumata əsasən, bu ilin ilk 8 ayında yalnız 12 gün ərzində polis tərəfindən qətl hadisəsi qeydə alınmayıb. 2023-cü ildə polis tərəfindən öldürülən insanların sayı 1 247 olub və onlardan 27 faizi qaradərili idi. Son 10 ildə polisin törətdiyi ən çox qətl hadisəsi 2023-cü ildə qeydə alınıb və 2024-cü ilin ilk 8 ayındakı göstəricilər artım tendensiyasını göstərir.
Maraqlıdır ki, 2013-2023-cü illər arasında polis tərəfindən törədilən qətllərin 98,1 faizi üçün polis əməkdaşları cinayət məsuliyyətinə cəlb olunmayıb. 2023-cü ildə ən çox polis qətli Nyu-Meksiko ştatında baş verib. Ümumilikdə, 2013-cü ildən bu günə qədər polis 13 minə yaxın insanı öldürüb.