Rusiya və Çin birgə hərbi təlimlər keçirəcək
https://azeri.sahartv.ir/news/dünya-i414341-rusiya_və_Çin_birgə_hərbi_təlimlər_keçirəcək
Çin və Rusiya sentyabrda Yaponiya dənizi və Oxotskda "Şimal Qarşılıqlı Fəaliyyət-2024" birgə hərbi təlimləri keçirəcək. Bu barədə Çin Müdafiə Nazirliyi bildirib.
(last modified 2024-09-09T05:36:20+00:00 )
Sen 09, 2024 09:32 Asia/Baku
  • Rusiya və Çin birgə hərbi təlimlər keçirəcək

Çin və Rusiya sentyabrda Yaponiya dənizi və Oxotskda "Şimal Qarşılıqlı Fəaliyyət-2024" birgə hərbi təlimləri keçirəcək. Bu barədə Çin Müdafiə Nazirliyi bildirib.

"Çin və Rusiya tərəflərinin illik planı və razılaşmalarına uyğun olaraq, Rusiya Silahlı Qüvvələri sentyabrda Çinin keçirdiyi Şimal təlimlərində iştirak etmək üçün Hərbi Dəniz Qüvvələri və Hərbi Hava Qüvvələrini göndərəcək. Qarşılıqlı fəaliyyət - 2024 Yaponiya və Oxotsk dənizlərinin dəniz sularında və hava məkanında keçiriləcək",- Çin Müdafiə Nazirliyinin məlumatında deyilir.

Qeyd olunur ki, bu təlimlərin məqsədi Çin və Rusiya Silahlı Qüvvələri arasında strateji əməkdaşlığın səviyyəsini dərinləşdirmək və təhlükəsizlik təhdidlərinə birgə cavab vermək qabiliyyətini gücləndirməkdir.