Belə iddialara inanmayın həqiqəti əks etdirmir
Sen 09, 2024 15:09 Asia/Baku
İranın Rusiyaya silah və raket göndərilməsi iddialarına cavab verən Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, belə bir xəbərlər həqiqəti əks etdirmir.
SəhərAzəri-nin məlumatına əsasən, Dmitri Peskov deyib ki, "İran bizim ən yaxın müttəfiqlərimizdəndir. Biz hazırda bu ölkə ilə yaxından iqtisadi və ticarət əlaqələri qurmaqdayıq. İki ölkənin maraqları çərçivəsində biz bu əməkdaşlığı daha da genişləndirəcəyik"
Qeyd edək ki, son günlərdə Qərb ölkələri yenə də hiyləyə əl ataraq güya İranın Rusiyaya Ukrayna müharibəsində istifadə edilməsi üçün qısa mənzilli raketləri göndərdiyini propaqanda edib.
Halbuki, rəsmi Tehran dəfələrlə belə bir iddiaları kökündən rədd etmiş və özünün prinsipial mövqeyini qəti sərgiləmişdir.