Sen 11, 2024 11:11 Asia/Baku
  • Avropa Şurası Gürcüstanı əxlaqsızlığa sürükləyir

“Gürcüstan parlamentini anti-LGBT qanununu qəbul etməməlidir!”

Avropa Şurasının insan hüquqları üzrə komissarı Gürcüstan parlamentinə müraciət edərək onu anti-LGBT qanununu qəbul etməməyə çağırıb.

 

Maykl O’Flaherti parlamentindən istəyib ki, “Ailə dəyərlərinin və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” qanun layihəsindən vaz keçsin.

Hazırda LGBT təbliğatına qarşı qanun ikinci oxunuşda təsdiq edilib. 81 deputat qanun layihəsinin lehinə səs verib.

Komissar qanun layihəsinin guya ayrı-seçkilik üçün hüquqi baza yaratdığını deyib.

O həmçinin bu layihənin Avropa İnsan Hüquqları Konvensiyasına zidd ola biləcəyindən narahatlığını ifadə edib.

Bundan əvvəl Avropa Birliyi də analoji müraciətlə çıxış etmişdi.

 “Gürcü Arzusu” Partiyası Qərbin çağırışına cavab olaraq bildirir ki, LGBT məsələsi dövlətçiliyi və hətta gürcü dilini təhdid edən ekzistensial çağırışdır.

 

 

Teqlər