Sen 13, 2024 12:41 Asia/Baku
  • Strateji müqaviləni prezident Pezeşkiyanla Kazanda imzalayacağıq

Rusiya prezidenti Vladimir Putin İran Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşdə cənab Pezeşkiyanla strateji müqavilənin imzalanacağından xəbər verib.

İran İslam Respublikası tərəfindən BRİKS qrupuna üzv ölkələrin yüksək vəzifəli təhlükəsizlik yığıncağında iştirak məqsədilə Sankt-Peterburq şəhərinə səfər edən İslam İnqilabının Böyük Rəhbərinin nümayəndəsi və İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli-Əkbər Əhmədiyan dünən səmimi bir atmosferdə Rusiya prezidenti Vladimir Putinlə görüşüb.

Putinin Sankt-Peterburqda yerləşən yay iqamətgahında baş tutan görüşdə tərəflər/ ikitərəfli əlaqələrlə bağlı olan bütün məsələləri nəzərdən keçiriblər.

Rusiya Milli Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun iştirakı ilə keçirilən görüşdə Əhmədiyan öz söhbətinin əvvəlində öncə İslam İnqilabının Böyük Rəhbərinin salamını Rusiya prezidentinə çatdırıb.

Əhmədiyan sonra İranda yeni dövlətin işə başlamasına işarə edib. Vurğulayıb ki, İran İslam Respublikası ilə Rusiya Federasiyası arasındakı münasibətlər cənab Məsud Pezeşkiyanın dövlətində də davam edəcək.

İslam İnqilabının Böyük Rəhbərinin İran Ali Milli  Təhlükəsizlik Şurasındakı nümayəndəsi Tehran-Moskva münasibətlərinin ikitərəfli miqyasdakı inkişafının son gedişatı, həmçinin iki ölkənin beynəlxalq təşkilatlardakı əməkdaşlıqlarını sadalayıb.

Rusiya prezidenti də öz növbəsində, bu ölkənin İran İslam Respublikası ilə əlaqələrini strateji adlandırıb.

Diqqət yetirməlilyik ki, son illər Rusiya-iran dostluq əlaqələri daha çox fəallıq əldə edib-deyən Putin/ İslam İnqilabının Böyük Rəhbərinin nümayəndəsinə belə deyib: Münasibətlərdəki bütün bu irəliləyişşlər başlıca olaraq, İran İslam Respublikası Rəhbəri- Ayətullah Cənab Seyid Əli Xameneinin himayəsilə baş verir. Mənim ən yaxşı və ən mehriban arzularımı o həzrətə çatdırmağı sizdən xahiş edirəm.

BRİKS qrupunun oktyabrın 22-dən 24-dək keçiriləcək qarşıdakı sammitinə toxunan Rusiya prezidenti bildiribdir ki, Rusiya İranın yeni prezidentinin BRİKS-in Kazanda keçiriləcək yığıncağında iştirakını gözləyir.

BRİKS-in Kazanda keçiriləcək yığıncağı gedişində İran prezidentilə ayrıca görüşəcəyəm- deyə, Putin bildirib.

İki ölkə arasında uzunmüddətli əhatəli əməkdaşlıqlar üzrə müqavilənin işlənib hazırlanması prosesinə toxunan Rusiya prezidenti söyləyib: Rusiya strateji iştirak üzrə yeni müqavilənin imzalanması üçün İran prezidentinin səfərini gözləyir.

Rusiya İranla müxtəlif sahələrdə əməkdaşlığa əzmkardır- deyən Putin qeyd edibdir ki: İki ölkənin cari milad ilinin ilk altı ayındakı ticarət mübadilələri həcmi təqribən on faiz artıbdır.

Rusiya ilə həmkarlığın İranın yeni prezidenti üçün də bir prioritet olmasından razılıq edən Rusiya prezidenti/ Şimal-Cənub dəhlizinin inkişaf etdirilməsini/ iki ölkənin prioritetə malik olan layihələrindən adlandırıb.

 

Teqlər