Ropa Papası sionist rejimin cinayətlərini pisləyib
Sen 14, 2024 18:25 Asia/Baku
Dünya katoliklərinin lideri Roma Papası Fransisk sionist rejim tərəfindən fələstinli uşaqların öldürülməsini pisləyib və bu rejimin məktəbləri bombalamasını "çirkin" hərəkət adlandırıb.
Papa bildirib ki, Qəzza zolağında katolik icmasının üzvləri ilə hər gün telefonla danışır və "onlar ağır vəziyyət haqqında danışırlar".
“Uşaqların cəsədlərini görmək, hansısa partizan qüvvələrinin olması şübhəsi ilə bir məktəbin bombaladığını görmək; bu, çirkin bir hərəkətdir”,- Fransisk deyib.
O sionist rejimin öz həddini aşdığını da bildirib: “Bəzən düşünürəm ki, bu müharibə həddi aşdı”, - dünya katoliklərinin lideri deyib.