Sen 18, 2024 13:50 Asia/Baku
  • Amrikalılar ölkənin seçki sisteminə etimadını itirib

Yeni ststistik sorğunun nəticələri göstərir ki, Amrikalı vətəndaşlar ölkənin seçki sisteminə etimadını itiriblər. Sorğu nətəcələrinə görə, noyabr ayında keçiriləcək prezident seçkilərində demokratların qalib olacağı təqdirdə respublikaçların yarısından çoxu etiraza qalxacaq.

“Qlobal Ədalət Layihəsi”nin apardığı sorğunun nəticələrinə istinadən “The Hill” nəşri yazıb ki, respublikaçı respondentlərin bir faizi namizədlərinin uduzacağı təqdirdə, seçkinin nəticələrini qəbul etməyəcəklərini, bu sorğuda iştirak edən respublikaçı respondentlərin 14 faizi isə müxalifət partiyasının qalib gələcəyi surətdə nəticələrin ləğvini tələb edəcəklərini bildiriblər.

Adı çəkilən qeyri-kommersiya təşkilatının yeni hesabatına görə aparılmış son sorğuya əsasən demokrat respondentlərin 27%-i rəqib partiyanın namizədi qalib gəlsə belə, 2024-cü il seçkilərinin nəticələrini legitim hesab etməyəcəklərini bildiriblər.

Onlardan 11 faizi isə Demokrat Partiyasının namizədi uduzacağı təqdirdə, seçkinin nəticələrini ləğvi üçün hərəkətə keçəcəklərini bildiriblər.

 

Teqlər