BMT:
Qəzzədə soyqırımı baş verir
Qəzzada baş verənlər "nəzarət altında olan soyqırım"dır. Bunu BMT-nin işğal olunmuş Fələstin ərazilərində insan haqlarının vəziyyəti üzrə xüsusi məruzəçisi Françeska Albanese deyib.
"Qəzzada baş verənlər idarə olunan soyqırımdır. 40 mindən çox dinc sakin həlak olub və baş verənlərin Qəzza əhalisinə psixoloji təsiri bütün nəsillərə təsir edəcək", Albanese Cenevrədə keçirdiyi brifinqdə bildirib.
Ötən milad ili oktyabrın 7-də işğalçı sionist rejim Qəzza zolağında mülki hədəflərə qarşı cinayətkar hücumlara start verib. Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, sionistlərin vəhşiliyi nəticəsində 41 mindən çox insan həlak olub, 95 mindən çox insan yaralanıb.
Cinayətkar rejim Qəzzəni tam blokadaya alıb: su, elektrik, yanacaq, ərzaq və dərman təchizatı dayandırılıb.
20 iyul 2024
Beynəlxalq Ədalət Məhkəməsi (ICJ) İsrailin işğal olunmuş Fələstin ərazisində mövcudluğunun qeyri-qanuni olduğu və işğalın “mümkün qədər tez” sona çatması barədə qərar verib.
26 yanvar 2024-cü idlə isə Beynəlxalq Ədalət Məhkəməsi Cənubi Afrika Respublikasının Fələstin soyqırımı ilə bağlı sionist rejimə qarşı iddiası ilə əlaqədar aralıq qərar verib.
Haaqa məhkəməsi sionist rejimdən Qəzza zolağında soyqırıma son qoymağı tələb edib.