Sen 22, 2024 11:46 Asia/Baku
  • Macarıstan kəşfiyyat təşkilatı Livanda partladılmış peycerlər işinə giriş edib

Macarıstanın kəşfiyyat məmurları bir neçə dəfə “BAC Consulting” müşavir şirkətinin sərəncamçı direktorunu Livanda peycer rabitə sistemlərinin son partlayışı haqda istintaq ediblər.

Tayvanlı “Gold Apollo” şirkəti sentyabrın 18-də bildirmişdi ki, sözügedən peycerləri macarıstanlı şirkət tərəfindən/ tayvanlı şirkətin brendinin lisenziyasından istifadə ilə düzəldib və onun bu aparatların istehsalında heç bir rolu oimayıbdır.

Bu şirkətin italiyalı-macarıstanlı sahibi və sərəncamçı direktoru 49 yaşlı Cristiana Barsony-Arcidiacono son zamanlar bir müsahibədə həmin peycerlərin düzəldilməsini rədd etmiş və demişdi ki, “o, yalnız bir vasitədir”

Macarıstan hökumətinin beynəlxalq medialar ofisinin bəyanatında bu ölkənin kəşfiyyat təşkilatlarından olan “əsas qanunun qorunması idarəsi”nə istinadla deyilir ki, təhqiqatlar çərşənbə günündən başlanıb və bu ölkənin kəşfiyyat təşkilatı bir neçə dəfə Barsoni ilə söhbət edib.

Bu idarə hökumətin öncəki bəyanatını təkrar etməklə bildiribdir ki, partlayış peycerləri əsla Macarıstanda olmayıblar.

Sionist rejim sentyabrın on yeddisi və on səkkizində Livanda törətdiyi bir terror-təxribat hərəkətində minlərlə peycer aparatını partlatmaqla azı otuz yeddi Livan vətəndaşını şəhid etdi, dörd min nəfərdən çox insanı da yaraladı.

 

 

Teqlər