Sen 26, 2024 14:18 Asia/Baku
  • İraqci: Bölgədə fəlakətin baş verməməsi üçün İsrailin təcavüzü dayandırılmalıdır

İranın xarici işlər naziri regionda misli görünməmiş genişmiqyaslı fəlakət təhlükəsinin qarşısını almaq üçün İsrail rejiminin təcavüzünün dərhal dayandırılmasının vacibliyini vurğulayıb.

Seyid Abbas İraqci yerli vaxtla çərşənbə axşamı Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyası çərçivəsində britaniyalı həmkarı ilə görüşdə regionda misli görünməmiş genişmiqyaslı fəlakət təhlükəsinin qarşısını almaq üçün İsrail rejiminin təcavüzünün dərhal dayandırılmasının vacibliyini vurğulayıb.

İraqçi çərşənbə günü axşam "X" platformasındakı hesabında paylaşım edərək, bildirib ki, Britaniyanın xarici işlər naziri Devid Lammi ilə görüş zamanı, ona İsrailin Livana təcavüzünün fəlakətli nəticələri barədə açıq şəkildə xəbərdarlıq edib.

"İsrailin tərəfdarları və dəstəkçiləri çox gec olmadan öz məsuliyyətlərini yerinə yetirmək üçün hüquqi və mənəvi vəzifə daşıyırlar", - deyə İranın xarici işlər naziri əlavə edib.

Sionist rejim ordusu bazar ertəsindən etibarən Livanın cənubunun müxtəlif ərazilərinə genişmiqyaslı hücumlara başlayıb.

Livanın Səhiyyə Nazirliyi bəyanat yayaraq, bildirib ki, sionist rejim ordusunun Livanın cənubunda müxtəlif bölgələrə qarşı təcavüzü nəticədə 570 şəhid və 1850-dən çox yaralı var.

Teqlər