İraqçı BRİCS-də çıxış etdi
İran xarici işlər naziri kriptovalyutalardan istifadə olunması, müştərək bank platformaları və bank mesaj və təkrar sığorta sistemlərinin işə salınması, BRİKS(BRİCS) çərçivəsində yeni maliyyə-bank strukturlarının təsis edilməsini vurğulayıb
İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas İraqçı Nyu-Yorkda BRİKS ölkələrinin xarici işlər nazirlərinin yığıncağında belə deyib: Bütün dünyada sionistlərin cinayətlərinə qarşı xalq etirazlarının geniş miqyası, Qərbin işğalçı rejimi sözsüz himayə etməsinin uğursuz qalmasının nişanəsidir. BRİKS fövqəladə iclas keçirməklə göstərdi ki, beynəlxalq və regional təhlükəsizlik və sabitliyə qarşı problemlər və təhdidlərə təsirli cavabların verilməsini istəyir.
İraqçı əlavə edib: Biz Cənubi Afrikanın və bəzi digər ölkəlrin təşəbbüsləri, həmçinin Beynəlxalq Ədalət Məhkəməsinin tədbirlərini yüksək qiymətləndiririk. Lakin bu qənaətdəyik ki, qırğınların dayandırılması və fələstinlilərin tam hüquqlarının reallaşması istiqamətində sionistləri məcbur etmək məqsədilə təzyiqlərin tətbiq olunması üzrə real addımlar iş gündəminə salınmalıdır.
İran xarici işlər naziri həmçinin söyləyib: BRİKS-in işlərini irəli aparmaq və hədəflərə çatmaq məqsədilə aşağıdakı dörd praktik təklifi təqdim etmək istəyirəm:
Bir- İndiyədək ticarət mübadilələri aparmaq üçün BRİKS çərçivəsində bir çox tədbirlər görülüb. Mənim konkret təklifim budur ki, bu məsələ daim çox mühüm bir prioritet kimi tədbirlərin başında durmuş olsun. Təəssüflər olsun ki, dünya iqtisadiyyatının hazırkı infrastrukturları qorxunc şəkildə/ əməldə dünya iqtisadiyyatı strukturlarını rəqiblərinə qarşı bir silaha çevirmiş qüdrətlərin ixtiyarındadır.
İki- BRİKS-in əksər sənədlərində qeyd olunan meyarlardan biri, birtərəfli və qanunsuz sanksiyalara sədaqətsizlik və onlara qarşı çıxmaqdır. BRİKS-də sanksiyalarla kütləvi mübarizə mexanizmlərinin işlənib hazırlanması və icra edilməsində konsensus və birgə addım önəmli və zəruridir. Mənim konkret təklifim budur ki, bu istiqamətdə praktik tədbirlər və proqramların sürətini artıraq.
Üç- BRİKS-in proqramları, tədbirləri və fəaliyyətlərinin genişliyi bu təşkilatın kiçik və çevik bir katibliyə malik olmasını tələb edir. Bu üzdən, öz həmkarlarımı bu məsələni bir ideya və təklif kimi araşdırmağa çağırıram.
Dörd- Bir ildə 258 proqram və tədbirə malik olmaq, beynəlxalq qruplar və təşkilatlar üçün təqribən nadir bir məsələdir. Bu üzdən, BRİKS-in bəzi tədbir və proqramlarını coğrafi baxımdan üzvlər arasında paylamağı təklif edirəm