Okt 11, 2024 10:34 Asia/Baku
  • Rusiya səfiri Qəzzədə atəşkəsin bərqərar olmamasının səbəbini göstərdi

Nebenziya: ABŞ BMT Təhlükəsizlik Şurasında buna mane olur

ABŞ BMT Təhlükəsizlik Şurası üzvlərinin Qəzzə zolağında atəşkəsin yaradılması ilə bağlı qərar qəbul etmək cəhdlərinin qarşısını almağa davam edir.

“Report” xəbər verir ki, bunu BMT Təhlükəsizlik Şurasının iclasında Rusiyanın dünya təşkilatındakı daimi nümayəndəsi Vasili Nebenzya deyib.

Onun sözlərinə görə, ABŞ Yaxın Şərq regionunda gərginliyin artmasını təşviq edir:

“İsrail və ABŞ-ın Yaxın Şərqdəki ən dağıdıcı eskalasiyanın alovu üzərinə benzin tökdüyü, beynəlxalq hüquq və nizamnamələri kobud şəkildə pozduğu şəraitdə humanitar səylər açıq şəkildə kifayət deyil”, - deyə Rusiyanın BMT-dəki səfiri vurğulayıb.

 

Teqlər