Cenevrədə Parlamentlərarası Birliyin iclası başlanıb
Qalibaf: Sionist rejimlə hər hansı həmkarlıq kəsilməlidir
İslam Şurası Məclisinin sədri sionist rejimin cinayətlərilə mübarizədə islami ölkələrin birliyinin vacibliyinə təkid edib. Bildirib ki, sionist rejimlə hər hansı həmkarlıq və dialoq kəsilməlidir.
Hazırda sionist düşmən öz tarixində ən zəif vəziyyətdədir- deyə, Məhəmməd-Baqir Qalibaf bildirib.
İslam Şurası Məclisinin sədri İslam Əməkdaşlığı Təşkilatına üzv ölkələrin Parlament Birliyinin Ümumdünya Parlamentlərarası Birliyin Cenevrədə təşkil olunan 149-cu iclasının kənarında keçirilən növbədənkənar iclasında belə deyib: Bəzi Qərb ölkələri Amerikanın tam himayəsilə elə bir nöqtəyə çatmaq isətyirlər ki, lazım bildikləri zamanda İslam Dünyasının hər bir nöqtəsində hər hansı bir cinayəti törədə bilmiş,/ cəzalandırılmaqdan da toxunulmaz qalmış olsunlar. Görəsən, belə bir şəraitdə, İslam Dünyası bu vəziyyətə tamaşa emtəlidirmi?
İslam Şurası Məclisinin sədri sonra bildirib ki, İsrail rejimi regionun bütün infrastrukturlarına nəzarət etmək istəyir və müvəffəq olmadıqda da, onları məhv etməyə çalışır.
O, əlavə edib: Belə bir şəraitdə, bir olmaq və bir-birinin kənarında durmaq, bizim hamımız üçün bir təhlükəsizlik zərurətidir.