Qaniçən rejim beynəlxalq aləmin qınaq obyektinə çevrilib
Maduro: İsrail Hitlerin üzünü ağartdı
Okt 15, 2024 12:29 Asia/Baku
Venesuela prezidenti İsrail rejiminin Fələstində və Livanda törətdiyi cinayətləri kəskin tənqid edərək bildirib ki, Netanyahu Hitlerin cəsarət etmədiyi işləri görür.
Təsnim Xəbər Agentliyinin məlumatına görə, Venesuela prezidenti Nikolas Maduro İsrail rejiminin Livan və Qəzzəyə hücumlarını şiddətlə qınayaraq deyib: “Netanyahunun başçılıq etdiyi İsrail rejimi misilsiz cinayətləri ilə Adolf Hitlerin üzün ağartı”.
Onun sözlərinə görə, Netanyahu Fələstin və Livanda kütləvi qətllər törədib və İsrail baş naziri hələ də tam həyasızlıqla BMT Təhlükəsizlik Şurasının mandatı ilə Livanın cənubunda yerləşən sülhməramlı qüvvələrin çıxarılmasını tələb edir.