Simonyan açıqlama verib
Okt 23, 2024 10:42 Asia/Baku
Ermənistan COP29 konfransında iştirakı ilə bağlı hələ qərar qəbul etməyib
Ermənistan parlamentinin spikeri Alen Simonyan jurnalistlərə bildirib ki, onun ölkəsi Bakıda keçiriləcək COP29 iqlim dəyişikliyi konfransında iştirak edib-etməyəcəyi ilə bağlı hələ qəra qəbul etməyib.
Simonyan deyib: “Bizim belə bir qərarımız yoxdur. Biz başa düşməliyik ki, oraya nə üçün gedirik, Ermənistanın hansı maraqları var və hansı səviyyədə iştirak edəcəyik. Buna baxmayaraq, COP29-da iştiraka dəvət Azərbaycanın inhisarında deyil”.
Parlament sədri qeyd edib ki, iqlim dəyişikliyi konfransı Azərbaycanın tədbiri deyil, Birləşmiş Millətlər Təşkilatının tədbiridir. Ermənistan Respublikası da Birləşmiş Millətlər Təşkilatının üzvüdür.