Okt 25, 2024 15:25 Asia/Baku
  • Tramp 120 min erməninin zorla köçürüldüyünü deyib

ABŞ-da qarşıdan gələn prezident seçkilərinin namizədi Donald Tram Qarabağı “Artsax” adlandıraraq 120 min ermənininin bu bölgədən zorla köçürüldüyünü deyib. O prezident seçiləcəyi təqdirdə Qarabağ ermənilərini müdafiə edəcəyini deyib.

ABŞ-nın Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp özünə məxsus olan "Truth" sosial şəbəkəsində rəqibi Kamala Harrisi Qarabağ ermənillərini müdafiə etməməkdə günalhandırıb.


"Kamala Harris 120 min erməni xristianın dəhşətli təqiblərə məruz qaldığı və "Artsax"dan zorla köçürüldüyü zaman heç bir şey etmədi. Kamala Harris ABŞ-nin prezidenti olarsa, dünyadakı xristianlar təhlükədə olacaqlar”,- Tramp deyib.

O özünün prezident seçiləcəyi təqdirdə Qarabağ ermənilərini müdafiə edəcəyini də bildirib:

“Mən prezident olsam, təqib olunan xristianları müdafiə edəcəyəm, zorakılığı və etnik təmizləməni dayandıracağam. Ermənistanla Azərbaycan arasında sülhü bərpa edəcəyəm",- Donald Tramp "Truth" sosial şəbəkəsində yazıb.