Sionist rejimin təcavüzkarlığının beynəlxalq səviyyədə pislənilməsi davam edir
Sionist rejimin İrana qarşı təcavüzkarlığının beynəlxalq səviyyədə pislənilməsi davam edir.
Bu istiqamətdə, Türkiyə xarici işlər nazirliyi bir bəyanatda bildiribdir ki: İsrailin İrana hücumunu mümkün olan ən kəskin tərzdə pisləyirik.
Fars Körfəzi Əməkdaşlıq Şurasının baş katibi də sionist rejimin İran İslam Respublikasına qarşı təcavüzkar hərəkətini pisləyib və bu hərəkəti İranın suverenliyini pozan hərəkət kimi dəyərləndirib.
Sionist rejimin bu gün səhər saatlarında İrana qarşı olan təcavüzkarlığını «X» platformasında pisləyən İsveçrə xarici işlər nazirliyi də regiondakı düşmənçiliklərə son qoyulmasını istəyib.
İordaniya da sionist rejimin İrana qarşı hava təcavüzünü pisləyib.
İordaniya xarici işlər nazirliyinin sözçüsü belə deyib: Biz bölgədə gərginliyin şiddətlənməsi və beynəlxalq qanunların pozulmasını mütləq şəkildə rədd/ və regional və beynəlxalq təhlükəsizlik və sabitliyi risk altına alacaq geniş toqquşmaya çəkilməsilə bağlı xəbərdarlıq edirik.
Yəmən Ənsarullah Hərəkatının siyasi bürosu İran İslam Respublikasına qarşı hücumu sionistlərin region xalqlarına, həmçinin beynəlxalq sülhə və təhlükəsizliyə qarşı vəhşiliklərinin davamı adlandırıb və onu pisləyibdir.