Okt 30, 2024 13:03 Asia/Baku
  • Dünya ölkələri İsrail rejiminin UNRWA-ya qarşı qərarını pisləyib

16 ölkədən ibarət bir qrup BMT Təhlükəsizlik Şurasında yaydığı bəyanatda sionist rejimin BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi- UNRWA-nın fəaliyyətinin qadağan olunması barədə yeni qanunların tətbiq edilməsinə dair qərarını beynəlxalq qanunların pozulması adlandırıb.

  SəhərAzəri-nin məlumatına əsasən, bəyanat «Birgə öhdəliklər» adlı qrupun əsas üzvləri kimi Əlcəzair, Belçika, Braziliya, Quyan, İndoneziya, İrlandiya, İordaniya, Küveyt, Lüksemburq, Norveç, Portuqaliya, Qətər, Sloveniya, Cənubi Afrika, İspaniya və Fələstin hökuməti tərəfindən təqdim olunub.

  Bəyanatda deyilir: "Biz İsrailin UNRWA-ya qarşı hərəkətlərindən, o sıradan İsrail parlamenti tərəfindən qəbul olunmuş qanunlardan təəssüf ifadə edirik."

Teqlər