Noy 06, 2024 12:51 Asia/Baku
  • Rusiyanın xarici işlər naziri ABŞ-ın ittihamlarını qınadı

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu ölkənin Gürcüstandakı seçkilərə müdaxiləsi ilə bağlı ittihamları cəfəngiyyat adlandırıb.

Oktyabrın 26-da keçirilən parlament seçkilərinə Rusiyanın müdaxiləsi ilə bağlı iddiaları şərh edən Lavrov bu ittihamları “açıq-aşkar yalan” adlandıraraq, “Amerikalılar özlərinin etdiklərini bizə aid etməyə çalışırlar” deyə vurğulayıb ki, Vaşinqton Rusiyanın istənilən seçkiyə müdaxiləsi ilə bağlı şantaj üsulundan istifadə etməyə davam edir.

Onun sözlərinə görə, əgər seçkilərdə ABŞ üçün arzuolunmaz qüvvələr qalib gələrsə, Rusiya dərhal günahkar kimi qələmə verilir.

Lavrov qeyd edib ki, Rusiya “Qərbin Gürcüstanın daxili işlərinə görünməmiş müdaxiləsi” və Gürcüstan hakimiyyətinə və seçicilərinə göstərdiyi “vicdansız təzyiq”lə bağlı narahatlıqlarını dəfələrlə bəyan edib. O, həmçinin ABŞ və Aİ-ni Gürcüstandakı hazırkı seçki prosesini süni şəkildə Rusiya ilə Qərb arasında strateji seçim kimi təqdim etdiyinə görə tənqid edib.

 

 

Teqlər