Noy 18, 2024 10:49 Asia/Baku
  • Qərb odla oynayır

ABŞ prezidenti Co Bayden ATACMS taktiki ballistik silahları ilə Rusiya ərazisinə zərbələr endirməyə icazə verib.

  Nyu York Tayms qəzeti xəbər verir ki, bu qərar Vaşinqtonda hakimiyyətin dəyişməsindən cəmi iki ay əvvəl qəbul edilib və ABŞ siyasətində ciddi dəyişiklik olub.

Məlumata görə, raketlər ehtimal ki, Rusiya və Şimali Koreya hərbçilərinə qarşı, Ukrayna Silahlı Qüvvələrinin Kursk bölgəsində müdafiəsini təmin etmək üçün istifadə olunacaq.

Bu arada Fransa və Britaniya da uzaqmənzilli silahlarla Rusiyanın dərinliklərinə zərbə endirilməsinə icazə veriblər.

Bildirilib ki, Kiyev bunun üçün SCALP/Storm Shadow raketlərindən istifadə edə bilər.

Rusiya prezidenti Vladimir Putin daha əvvəl Amerikanın uzaqmənzilli silahlarının Rusiya ərazisinə hücumları barədə xəbərdarlıq etmişdi.

Putin bildirmişdi ki, Rusiyaya qarşı yüksək dəqiqliyə malik uzaqmənzilli Qərb silahlarından istifadə NATO ölkələrinin Ukraynadakı döyüş əməliyyatlarında birbaşa iştirakı anlamına gələcək.

 

 

Teqlər