Dek 05, 2024 11:56 Asia/Baku
  • Fransa hökuməti süqut etdi

Fransa parlamenti dünən axşam səsvermə keçirib və böyük əksəriyyətlə bu ölkə hökumətinə olan etimadını geri götürüb.

Etimadsızlıq səsi ilə bu ölkənin baş naziri Mişel Barnye kənarlaşdırılıb. Fransa hökuməti son altmış ildə ilk dəfə olaraq, buraxılır.

Fransa nazirlər kabinetinə etimadsızlıq səsinin fonunda qeyd edək ki, Mişel Barnye dünən parlamentdə etimadsızlıq səsindən öncə Fransada gərginliyin baş verməsi ehtimalı barədə xəbərdarlıq etdi. O, Fransanın hazırkı durumunu “ciddi və çətin” adlandırdı.

Əgər ehtimal üzrə problemlər, qəflətə qapılma və ya qarışıqlıq baş verərsə... Bilmirik, nələr baş verə bilər. Vəziyyət ciddi və çətindir- deyə, Barnye bildirib.

Siyasi böhran Mişel Barnyenin sentyabr ayında hakimiyyətə gəlməsindən az sonra baş verir. Barnye hökumətinin çökməsi ilə, bu, 1958-ci ildə beşinci respublikanın yaradılmasından bəri ən qısaömürlü hökumət olacaq.

Belə bir şəraitdə Barnye istefa verməlidir. Fransa prezidenti Emmanuel Makron ehtimal üzrə onun başçı rolunda qalmasını istəyəcək.

Fransa parlamentinin 2025-ci ilin iyulunadək buraxılmasının qadağan olmasına əsasən, Fransa yeni seçkilərin keçirilməsindən öncə aylarla naməlumluqla üzləşəcək.

BBC telekanalının məlumatına görə, Fransadakı hazırkı böhran göstərir ki, bu Avropa ölkəsindəki siyasi durum həllolunmaz qalıb və hazırkı şəraitdə stabil bir hökumətin təşkili mümkünsüz görünür. Bir çoxları Makronun istefasını yeganə mümkün həll yolu hesab edirlər.