BMT-də sionist rejimə qarşı üç qətnamə qəbul edilib
BMT Baş Assambleyası cümə axşamı günü sionist rejimə qarşı üç qətnamə qəbul edib.
BMT Baş Assambleyası cümə axşamı günü üç müxtəlif qətnamədə sionist rejimin hərəkətlərini pisləyib. Beləliklə, iki min iyirmi dördüncü ildə BMT Baş Assambleyası İsrail rejimi əleyhinə ümumilikdə on yeddi qətnamə qəbul edib.
Dünən qəbul edilmiş qətnamələrdən birində BMT Baş Assambleyası beynəlxalq təşkilatlar və ölkələr tərəfindən ehtiyaclı fələstinlilərə göndərilən yardımlarla bağlı İsrail rejiminin vəzifələri barədə Beynəlxalq Cinayət Məhkəməsinin məşvərət fikrini öyrənmək istəyib.
İkinci qətnamədə İsrail rejimi fələstinlilərin təbii mənbələrindən sui-istifadə etdiyinə görə, tənqid edilib.
Üçüncü qətnamə isə sionist rejimdən istəyir ki, bu rejimin iki min altıncı ildə Livan da daxil olmaqla zərərçəkmiş ölkələrin neft anbarlarına hücumları nəticəsində yaranmış neft sızmasının məsuliyyətini üzərinə götürüb, bu ziyanlara görə, kompensasiya ödəsin.